
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qızını bıçaqlamaqda təqsirləndirilən Aynurə Rüstəmovaya hökm oxunub.
Gununsesi.info xəbər verir ki, Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasının hökmü ilə A.Rüstəmovaya münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. CM-nin 126-cı (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə təqsirli bilinən anaya 3 il şərti cəza verilib.
Qeyd edək ki, təqsirləndirilən ana qızının müğənni olduğunu bildirib. İttihama görə, A.Rüstəmova ötən ilin yayında qızı Cəmalə Həmidovanı ondan icazəsiz çimərliyə getdiyinə görə bıçaqlayıb.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümükün olub.
Gülər
Gununsesi.info









