Düşmənə məxfi məlumatlar ötürən casus şəbəkəsi ifşa olundu

  • Müəllif: admin
  • 07 Fevral 2018 20:08

Türkiyənin Suriya ilə sərhəddəki Şanlıurfa vilayətində Afrində terrorçulara məlumat ötürən casus şəbəkəsi ifşa olunub.

Gununsesi.info xəbər verir ki, həyata keçirilən əməliyyat nəticəsində 14 nəfər saxlanılıb.

Saxlanılan şəxslərin Afrində YPG terrorçuları ilə əlaqə yaratdığı və onlara Türkiyə Silahlı Qüvvələrinin hərəkəti barədə məlumatları ötürdüyü məlum olub. Saxlananların şəxsiyyəti barədə məlumat verilməyib.

Gununsesi.info