Üç nazirlikdə axtarış aparılır - DAĞISTANDA

  • Müəllif: admin
  • 07 Fevral 2018 20:20

Dağıstanda polis əməkdaşları üç nazirlikdə axtarışlar aparır.

Gununsesi.info xəbər verir ki, hazırda Təhsil, Maliyyə və Səhiyyə nazirliklərində sənədlər müsadirə olunur.

Əməliyyatlar nəticəsində saxlanılanların da ola biləcəyi istisna edilmir.

Qeyd edək ki, bir neçə gün əvvəl korrupsiyaya qarşı mübarizə çərçivəsində baş nazir vəzifələrini icarə edən Əbdüsəməd Həmidov, baş nazirin iki müavini və keçmiş təhsil naziri saxlanılıb.

Gununsesi.info