
Azərbaycandan və Kabardin-Balkar Respublikasından olan şəxslərin Ermənistana çoxsaylı buğa keçirmək cəhdinin qarşısı alınıb.
Gununsesi.info “kaspyinfo”ya istinadən xəbər verir ki, onlar “QAZel” markalı yük avtomobilində buğaları Ermənistana aparıblar, lakin onlar sərhədçilər tərəfindən saxlanılıb.
Astraxan vilayətində “Karauzek” sərhəd məntəqəsində 4 “QAZel” markalı yük avtomobilində 55 erkək buğa saxlanılıb. Bu heyvanlar Qərbi-Qazaxıstan vilayətində böyüdülüb və Ermənistana göndərilmək üçün nəzərdə tutulub.
Sərhədçilər heyvanların geriyə qaytarılması barədə akt tərtib ediblər.
Gununsesi.info












