Həmsədrlər Sarkisyanla görüşüblər

  • Müəllif: admin
  • 09 Fevral 2018 17:22

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şefer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik İrəvanda Serj Sarkisyanla görüşüblər.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, həmsədrlər Bakıdakı görüşlərin nəticələri barədə Sarkisyanla müzakirə aparıblar. 

Bundan başqa, diplomatlar Ermənistan prezidentinə işçi planlarını da təqdim edib.

Gununsesi.info