Şəmkirdə qəzada yaralanan sürücünün kimliyi bilindi – YENİLƏNİB

  • Müəllif: admin
  • 09 Fevral 2018 23:46


Şəmkirdə baş verən yol qəzası nəticəsində xəsarət alan sürücünün kimliyi məlum olub.

APA-nın qərb bürosunun məlumatına görə, bu 1981-ci il təvəllüdlü Məmmədov Rövşən Malik oğludur. Onun yol polisi əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

***

Bakı-Qazax magistral avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində “BMW” markalı minik avtomobili yük maşını ilə toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info