Ağalarov Tbilisidə konsert verəcək

  • Müəllif: admin
  • 10 Fevral 2018 10:42

Məşhur estrada müğənnisi və bəstəkar Emin Ağalarov Tbilisidə  konsert proqramı ilə çıxış edəcək.

Gununsesi.info Gürcüstan KİV-nə istinadən xəbər verir ki, tanınmış sənətçini orkestr müşayiət edəcək.

Konsert iyunun 1-də Tbilisi Konsert Zalının səhnəsində baş tutacaq və saat 20: 00-da başlayacaq. Biletlər yaxın vaxtlarda satışa çıxarılacaq.

Qeyd edək ki, Emin Ağalarov bu il Moskvada, Vladikavkazda, Nalçikdə, Mahaçqala, Həştərxanda, Volqoqradda, Soçi şəhərində və Rusiyanın digər şəhərlərində, eləcə də Yurmala və Bakıda bir sıra konsertlər verməyi planlaşdırır.

Gununsesi.info