Emin Həsənov bıçaqlandı

  • Müəllif: admin
  • 13 Fevral 2018 10:12

Fevralın 11-də, gecə saatlarında Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisinə qanlı cinayət hadisəsi törədilib.

Gununsesi.info xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən oxu.az-a verilən məlumata görə, Bakı sakini, 1983-cü il təvəllüdlü Həsənov Emin Tofiq oğlu döş nahiyəsinin deşici bıçaq yaraları ilə Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb.

Cinayətin təfərrüatı hələlik məlum deyil, belə ki, zərərçəkən ağır vəziyyətdə olduğundan faktla bağlı polisə ifadə verə bilməyib. Heç kimin saxlanılmadığı bildirilir.

Qeyd edək ki,qanlı cinayət hadisəsi fevralın 11-də, gecə saatlarında Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisinə baş verib.

Gununsesi.info