“Oyunları pozmaq üçün Azərbaycan və Türkiyə güclü olmalıdır” -DEPUTAT

  • Müəllif: admin
  • 28 Fevral 2018 11:35
 
“Azərbaycan və Türkiyə  bütün vasitələrdən istifadə  edərək  Qarabağ münaqişəsini və Xocalı soyqırımının beynəlxalq aləmə çatdırmasına baxmayaraq onlar, bu problemlərə laqeyd yanaşır. Ona görə  üzləşdiiymiz problemləri dünyay çatdırmaq və ədaləti bərpa etmək üçün  güclü olmağımız vacibdir”.
Gununsesi.info xəbər verir ki, bu fikri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri  Necdet Ünüvar  Anakarada  Yıldırım Beyazit Universitetində Xocalı soyqrımının 26-ci ildönümünə düzənlənmiş toplantıda  çıxışı zamanı deyib.
Türkiyəli parlamentari bildirib ki, bu cür problemləri öz aramızda danışmaqla yanaşı, bunların beynəlxalq aləmdə də tanınmasına nail olmalıyıq və  dünyanın da bu faciləri bilməsini istəyirik: “Ancaq dünya birliyi bu faciələri, hadisələri bizim gördüyümüz kimi görmür. Baş verənləri görməməzliyə vurur”.
N. Ünüvar deyib ki, Azərbaycan və Türkiyə dünyaya səslərini çatdırmaq üçün birgə fəaliyyət göstərməyin vacibliyini qeyd edib: “Bizim dünyaya diplomatik anlamda bir mesaj verməyimiz, hər iki ölkənin mediasından  daha effektli formada istifadə etməyimiz lazımdır. Bununla yanaşı ordu sahəsində də  güclərimizi birləşdirməyimiz lazımdır”.
 
Qarabağ münaqişəsinin  sülh yolu ilə tənzimlənməsi ilə məşğul olan  ATƏT Minsk qrupunun fəaliyyətini kəskin tənqid edən türkiyəli parlamentari deyib ki,  2016-cı ilin aprelində Azərbaycan ordusu işğal altında olan bir neçə strateji yüksəkliyi alan kimi Minsk qrupu həmən bir araya gəlib atəşkəs rejimini  bərpa etməyi tələb etdi.
“Azərbaycan torpaqları 25 ildən artıqdır işğal altındadır,  lakin Minsk qrupu bu işğala göz yumur və görməməzlikdən gəlir. Ona görə də yaranmış durumda ssenarini pozamaq üçün birgə hərəkət etməli və güclü olamlıyıq”- deyə, N. Ünüvar bildirib.
Mürtəza
Gununsesi.info