
“Hüquq və İnkişaf” İtimai Birliyi (HİİB) Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda seçki hüquqlarına və məlumatlılığına dəstək” layihəsi çərçivəsində Sumqayıt və Lənkəran şəhərlərində yerli qeyri-hökumət təşkilatlarının təmsilçiləri, müşahidəçilər, seçki komissiyası üzvləri və seçicilər üçün “Seçki hüquqlarına dair məlumatlılığın artırılması” mövzusunda növbəti seminarlar keçirib. Bu barədə adıçəkilən mərkəzdən Gununsesi.info-ya verilən məlumatda bildirilir.
Məlumata görə, seminarlarda iştirakçılara seçki hüquqları və seçkilərdə iştirakın formaları, seçki şikayətlərinin verilməsi qaydaları, hazırkı Prezident seçkilərində iştirakın mərhələləri barədə geniş məlumat verilib, iştirakçıların sualları cavablandırılıb və müzakirələr aparılıb.
Seminarlarda iştirakçılara bu layhə çərivəsində hazırlanmış “Seçkilərdə iştirak üçün Bələdçi” bukleti və “Seçki şikayətlərinin verilməsi qaydaları” Kitabçası paylanıb və iştirakçılar zəruri dəftərxana ləvazimatları ilə təmin edilib.
Seminarlarda iştirakçılar tərəfindən verilən təkliflər qeydə alınaraq ümumiləşdirilib. Təkliflər sonrakı mərhələdə təhlil edilərək Hökumətə təqdim edilməsi nəzərdə tutulur.
Seminarlar layihə üzrə Sumqayıt və Lənkəran şəhərləri üzrə yerli koordinatorlar və hüquqşünas ekspertlər tərəfindən aparılıb.

Gununsesi.info









