Türkiyənin baş naziri: - "AZƏRBAYCANIN KƏDƏRİNİ ÜRƏYİMİZDƏ HİSS EDİRİK"

  • By admin
  • 02 Mart 2018 20:25


Türkiyə Respublikasının baş naziri Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib.

Gununsesi.info-nun məlumatına görə, mətndə deyilir:

“Bakıda müalicə mərkəzində baş verən yanğında çox sayda Azərbaycan vətəndaşının həlak olması xəbərini böyük kədər hissi ilə qarşıladım. Xalqım, hökumətim adından və şəxsən öz adımdan həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Qardaş Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik. Fürsətdən istifadə edib, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına rifah diləyirəm”.

Gununsesi.info