
Əhalinin banklardakı əmanətlərinin həcmi azalıb.
Gununsesi.info Mərkəzi Banka istinadən xəbər verir ki, fevral ayının 1-nə fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 7497.0 milyon manat olub.
Bu, ilin əvvəli ilə müqayisədə 64,2 milyon manat azdır.
Əmanətlərin 4967.4 milyon manatı xarici valyutada, 2529.6 milyon manatı milli valyutada olub.
Gununsesi.info











