
Xəbər verildiyi kimi hərəkəti idarə edən sinir sisteminin zədələnməsindən (motoneyron xəstəliyi) əziyyət çəkən fizik Stephen Hawking 76 yaşında vəfat edib.
Gununsesi.info BBC-yə istinadən Stephen Hawkingin fotolarını təqdim edir:
-
BBCStephen Hawking 1942-ci ildə doğulub, fizikanı Oxford-da öyrənib, sonradan kosmologiya sahəsində elmi araşdırmalarını Cambridge-də davam etdirib.
-
AFP22 yaşında Stephen-də hərəkəti əlaqələndirən sinir hüceyrələrinin nadir xəstəliyi aşkar olunur. Birinci arvadı Jane ilə evlənməyə hazırlaşdığı dövrdə həkimlər onun çox yaşamayacağını proqnoz ediblər. Cütün ailə həyatı 26 il davam edib, onların 3 övladı doğulub.
-
PAStephen Hawking təkərli kürsüdən istifadə etməli olub və nitqində çətinlik yarandığı üçün səs sintezatoru vasitəsilə fikirlərini bildirib. Hawking-i məşhurlaşdıran onun 1988-ci ildə yazdığı Zamanın Qısa Tarixi adlı kitabı olub. Həmin kitabın 10 milyondan çox nüsxəsi satılıb.
-
REUTERS1995-ci ildə Hawking ona baxan xadimələrdən biri ilə, Elaine Mason adlı qadınla evlənir. Onlar 11 il evli olduqdan sonra boşanıblar.
-
AFP2007-ci ildə Hawking iflic xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, xüsusi təyyarədə yaradılmış çəkisizlik vəziyyətini sınayan dünyada ilk insan olub. Bundan sonra o deyib: “Bəşəriyyət kosmosa çıxmasa, gələcəyi olmayacaq”.
-
EPADünya şöhrətli fizik müxtəlif universitetlərdə mühazirələr oxuyub. Bu fotoda Stephen Hawking 2008-ci ildə George Washington Universitetində mühazirə oxuduğu vaxt göstərilib.
-
GETTY IMAGESStephen Hawking riyaziyyat və elm sahəsində bir çox mükafatlara layiq görülüb, 2009-cu ildə o zaman ABŞ prezidenti olan Barack Obama alimi Azadlıq Prezident Medalı ilə təltif edib.
-
REUTERS2014-cü ildə St James sarayında təşkil edilmiş xeyriyyə tədbirində Stephen Hawking Britaniya kraliçası Elizabeth ilə görüşüb.
-
GETTY IMAGES2014-cü ildə Stephen Hawking-in həyatından bəhs edən və “Hər şeyin nəzəriyyəsi” adlanan film çəkilib. Filmdə baş rolu aktyor Eddie Redmayn ifa edib. Bu şəkildə gerçək qəhraman və onun obrazını filmdə yaradan aktyor birgə çəkiliblər.
-
AFP2017-ci ildə Hawking Honqkonqda auditoriya qarşısında holoqram texnologiyası vasitəsilə çıxış etmişdi. Alimin holoqram vasitəsilə çıxışı onun Cambridge Universitetindəki iş otağından təşkil edilmişdi. Alimin ölümündən sonra onun övladları bildirib ki, Hawking-in özündən sonra qoyub getdiyi irs “uzun illər boyu yaşayacaq”.
Gununsesi.info





















