Əfqanıstanda məsciddə partlayış baş verib - 1 ÖLÜ, 7 YARALI

  • Müəllif: admin
  • 25 Mart 2018 15:40

Əfqanıstanın qərbindəki Herat şəhərindəki məsciddə partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, 7 nəfər yaralanıb.

Yerli polisin nümayəndəsi Abdulla Əhəd Vəlizadənin sözlərinə görə, hadisə namaz zamanı baş verib.

İnsidentlə bağlı araşdırma aparılır.

Gununsesi.info