Güclü daşqınlar minlərlə sakini evsiz qoydu - FOTO

  • Müəllif: admin
  • 27 Mart 2018 22:06

Rusiyanın Altay diyarında güclü daşqınlar nəticəsində 55 kənd və qəsəbə su altında qalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya FHN-nin regional mərkəzinin saytında məlumat yayılıb.

Məlumata görə mindən çox sakin təxliyyə olunub,  2500 məntəqə və 1150 evi su basıb.

Mütəxəssislərin proqnozlarına görə, bölgədə vəziyyət ən tezi 7-10 gün ərzində sabitləşəcək.  Bəzi rayonlarda fövqəladə vəziyyət elan edilib.

Daşqın fəsadlarının aradan qaldırılması və xilasetmə-axtarış əməliyyatlarına 1500-ə yaxın xilasedici və 400 texnika cəlb olunub.

Gununsesi.info