Goranboyda motosikletlə avtomobil toqquşub, xəsarət alan var

  • Müəllif: admin
  • 01 Aprel 2018 21:15


Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın  verdiyi xəbərə görə, hərəkətdə olan motosikletin minik avtomobili ilə toqquşması nəticəsində motosikletin sürücüsü rayonun Kəpənəkçi kənd sakini 1966-cı il təvəllüdlü Abdullayev Asif İnşallah oğlu ağır bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla araşdırma aparılır.

 

Gununsesi.info