
“Ötən il xarici ölkələrdən Azərbaycana cəlb olunan birbaşa investisiyalar 22% və ya 1,6 milyard dollar azalıb”.
Gununsesi.info bunu iqtisadçı-ekspert Nemət Əliyevə istinadən xəbər verir.
İqtisadçının sözlərinə görə, xarici investiiyalar ölkəni sürətlə tərk etməyə başlayıb. Belə ki, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 2017-ci ildə 5,7 milyard dollar, 2016-cı ildə isə 7,3 milyard dollar olub.
N.Əliyev əlavə edir ki, daxili investiyalara gəlincə, bu ilin yanvar-fevral aylarında təhsilə yönələn sərmayələr 86% azalıb: “Ötən il bu göstərici 40% azalıb. Deməli, iki ilə təhsilə sərmayələr 92% azalıb”.
Vüsalə
Vununsesi.info










