
Əvvəllər xəyanət dedikdə göz önünə ancaq kişinin öz qadınını başqa qadına dəyişməsi gəlirdi. İndi isə qadınlar da xəyanət edir. Bəs qadını xəyanətə sürükləyən səbəblər hansılardır?
Kolorado Universitetinin psixoloqu Cenifer Harmanın fikrincə, əgər səbəb yoxdursa, qadın heç vaxt xəyanət etməz. Yəni qadın xəyanətinin arxasında mütləq kişinin yaratdığı bir səbəb var.
ABŞ ailə psixoloqlarının fikrincə, qadının xəyanət etməsinə səbəblər çoxdur. Qadını xəyanətə sürükləyən ilk səbəb intiqam hissidir. Ərindən, sevgilisindən kobudluq görən, qayğı, diqqət görməyən qadın xəyanət etməklə intiqam aldığını düşünür.
Əgər qadın gənc yaşlarından ailə həyatı qurubsa, o, xəyanətə daha meylli olur. Belə qadınların ailə həyatı qurmazdan öncə seks həyatı olmadığı üçün onlarda seks aclığı olur və özlərinə yeni partnyorlar axtarmağa başlayırlar.
Bəzi qadınlar darıxdıqları üçün xəyanət edir. Bu, imkanlı ailələrdə baş verir.
Mütəxəssislərin fikrinə görə, romantik xarakterli qadınlar da xəyanətkar olur. Belə qadınlar öz kişilərini ancaq xəyallarındakı kişi ilə qarşılaşdıqları zaman dəyişirlər. Yəni onlar öz həyat yoldaşlarına “ağ atlı şahzadələri” ilə xəyanət edirlər.
Ailədə şiddətə, zorakılığa məruz qalan qadın da xəyanət edə bilər. O, hər zaman şəfqətli, nəvaziş göstərən, qayğıkeş kişi axtarışında olur və belə kişi ilə qarşılaşan zaman özünü onun ağuşuna atmaqdan çəkinmir.
Qadını xəyanətə sürükləyən başqa bir səbəb isə sevgidir. Bəli, xoşbəxt ailə həyatı yaşayan qadın belə, özü də hiss etmədən başqa birinə aşiq ola bilir. Yəni qadın daha həyat yoldaşını, yaşadığı həyatı düşünmək iqtidarında olmur.
Çox nadir hallarda fizioloji tələblə qadın xəyanət edir. Həyat yoldaşı xaricdə çalışan, xəstə olan və ya cinsi əlaqədə həyat yoldaşı ilə orqazm yaşaya bilməyən qadın xəyanət etməyə başlayır. Bu xəyanət sevgi əsaslı olmur.
Bir çox ailələr var ki, ancaq övladlarına görə bir evdə yaşayırlar. Kişi evə otel kimi gəlir, qadınla maraqlanmır, qadın sanki evin qulluqçusuna çevrilmiş olur. Bu zaman qadın yoldaşına nifrət etməyə başlayır. Seks həyatı olmayan qadınlar özləri üçün arxa-dayaq ola bilən, ağlayanda sığına biləcəkəri bir çiyin axtarırlar. Və inamlarını kimsə qazana bilirsə, onunla hər şeyə razı olurlar.
Psixoloqların fikrincə, seksual doyumsuzluq da qadını xəyanətə sürükləyə bilər. Yəni əgər qadın yataqda kişidən zövq ala bilmirsə, o, bu hissi kənarda axtarmağa başlayacaq. Özünə inamsızlıq, kişinin qadına qarşı laqeyidliyi də qadını başqa birisini axtarmağa həvəsləndirir. Kişi sevgilisinə və ya həyat yoldaşına qarşı diqqətsizdirsə, qadın özünü dəyərsiz hesab etməyə başlayacaq. Və özünəinamı geri qaytarmaq üçün ona dəyər verən biri ilə münasibət qurmağa can atacaq.
Qadın elə varlıqdır onu başa düşmək çətindir. Bəzən deyirlər, sevgi, düzlük və diqqət qadına xoşbəxt olmaq üçün yetir. Amma hər qadına deyil. Bəzi qadınların xoşbəxt ola bilmək üçün tələbləri sonsuzdur.
Gununsesi.info












