Şərti cəzalı sabiq məmur nə istəyir?

  • Müəllif: admin
  • 09 Aprel 2018 10:44

Bakı Apellyasiya Məhkəməsində üzərində şərti cəza olan sabiq məmur – “Rabitə işi”ndə təqsirləndirilən “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədovun ölkədən çıxışına icazə verilməməsilə bağlı şikayətə baxılıb.
Gununsesi.info xəbər verir ki, bu şikayətə Əmir Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb. N.Məmmədovun apellyasiya şikayəti təmin edilməyib. Bu məhkəmə instansiyası da onun ölkədən çıxışını məqsədəuyğun saymayıb.
N.Məmmədov bir müddət əvvəl Nərimanov Rayon Məhkəməsinə müraciət edərək şərti məhkumetmə ilə əlaqədar ona təyin edilmiş sınaq müddəti dövründə ölkədən çıxışına qoyulan qadağanın üç ay müddətinə götürülməsini istəmişdi. Lakin məhkəmə onun ərizəsini təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi də o qərarı qüvvədə saxladı.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, “Aztelekom”un keçmiş direktoru Məhəmməd Məmmədov, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov və digərləri 2015-ci ildə həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü N.Məmmədov isə 11 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onu şərta cəza ilə azadlığa buraxdı.

Gülər