Mahnı sifarişinə görə qan töküldü

  • Müəllif: admin
  • 12 Aprel 2018 12:45

“Azərsu” ASC-də sürücü vəzifəsində çalışmış Akif Şükürov məhkəmə qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Akif Şükürov qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunur. Gununsesi.info xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Batabat” kafesində baş verib. Akif Şükürovla Rufann Hüseynov arasında şən mahnı sifariş verməyə görə mübahisə yaranıb. Nəticədə Akif Şükürov onu ürək nahiyəsindən bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Məhkəməyə zərərçəkmiş Rufan Hüseyov gəlməmişdi. Akif Şükürov məhkəmədə bildirib ki, zərərçəkmişlə barışıblar.

Məhkəmənin baxış iclası aprelin 16-na təyin edilib.

A.Şükürov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

 

Gülər