Bakıda üç nəfəri maşın vurdu - BİR PİYADA ÖLDÜ

  • Müəllif: admin
  • 17 Aprel 2018 12:00
Bakıda üç nəfəri maşın vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya  verilən məlumata görə, aprelin 16-da saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində qəsəbə sakini Orxan İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Abşeron rayon sakinləri – Murad Zeynalovu, Kamil Ağayevi və Nicat Vahabovu vurub.
 Nəticədə K.Ağayev hadisə yerində ölüb, digər 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
Gununsesi.info