Quba sakini qəbiristanlıqda öldürülüb

  • Müəllif: admin
  • 18 Aprel 2018 12:34

Qubada qətl törədilib.

Bu barədə məlumat Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya daxil olub.

Aprelin 17-də Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mişi Miqirov həmyerlisi Şüşan Sumxayevanı döyüb.

Nəticədə xəstəxanaya yerləşdirilmiş Ş.Sumxayeva orada ölüb.

Quba RPŞ-nin əməkdaşları tərəfindən M.Miqirov saxlanılıb.

Araşdırma aparılır.

Gununsesi.info