Vəzifəyə təyin olunan deputatların yerinə namizədlər irəli sürülüb - ADLAR

  • Müəllif: admin
  • 25 Aprel 2018 11:18

Azərbaycan Milli Məclisinin hökumətdə təyinat alan deputatlarının qanunverici orqanın komitələrində boş qalan yerlərinə namizədlər irəli sürülüb.

Gununsesi.info məlumatına görə, MM-in mayın 1-də keçiriləcək iclasında Gənclər və idman komitəsində boşalan yerlərə deputatlar Azər Badamovun və Eldəniz Səlimovun namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Gənclər və idman komitəsinin sədri Fuad MuradovDiasporla İş üzrə Dövlət Komitəsinə, komitənin üzvü Rövşən Rzayev isə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə sədr təyin edilib.

Gununsesi.info