
İrəvanda Ermənistan müxalifətinin mitinqi keçirilir.
Gununsesi.info-nun verdiyi xəbərə görə, Respublika meydanına toplaşan nümayişçilər “Vətəndaş müqaviləsi” partiyasının lideri Nikol Paşinyanı baş nazir seçməyi tələb ediblər.
Xatırladaq ki, S. Sarkisyanın baş nazir seçilməsinə etiraz məqsədilə aprelin 13-dən Ermənistanda kütləvi aksiyalar başlayıb. Aprelin 23-də S.Sarkisyan istefa verib.
Gununsesi.info












