Xəzər TV yenidən ictimai qınaqda - TELEKANALIN TOYUQ HİNİNDƏN REPORATI GÜLÜŞ HƏDƏFİNƏ ÇEVRİLDİ

  • Müəllif: admin
  • 14 May 2018 10:10

Azərbaycanda telekanalların efir biabırçılığı ən çox müzakirə olunan məsələlərdən biridir. Ölkənin ictimai-siyasi və sosial problemlərindən uzaq duran yerli telekanallarımız efiri şou proqramlarla doldurur. Bu isə əhalidə ciddi qınağa səbəb olur.

Gununsesi.info xəbər verir ki, hətta iş  o yerə çatıb ki, telekanallarımız haqqında lətifələr yaradılır.

Elə bu günlərdə bir qrup rayon sakininin  kəndlərində ikibaşlı buzovun dünyaya gəlməsi barədə informasiyasına Xəzər televiziyası həvəslə çəkilişə cavab vermişdi. Ancaq sakinlər bunun ardından pensiyalarının iki aydır gecikdirilməsi xəbərinin ictimailəşdirilməsini telekanaldan xahiş etsələr də susqunluq yaranıb.

Dünən isə Xəzər TV sosial şəbəkələrdə bir daha qınaq obyektinə çevrilib.

Gununsesi.info-nun xəbərinə görə, telekanalın toyuq hinindən reportajı ciddi tənqidlərə və lağ obyektinə səbəb olub.

Gununsesi.info