Xaləddin İsgəndərov “vuruldu” - ARTIQ İCRA BAŞÇISI DEYİLƏM (YENİLƏNDİ)

  • Müəllif: admin
  • 17 May 2018 15:56

“Artıq icra başçısı deyləm, səlahiyyətlərimi birinci müavinim həyata keçirəcək”.

Bu sözləi Gununsesi.info-ya açıqlamasında Binqədi rayon icra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsinə dair xəbərlərə münasibətində Xaləddin İsgəndərov deyib.

 

****

Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad edilib. Gununsesi.info bildirir ki, bu barədə Modern.az yazıb. Sayta daxil olan məlumata görə, X.İsgəndərov bu gün kollektivlə vidalaşıb. Yaxın saatlarda onun vəzifədən azad olunması ilə prezident sərəncamının elan olunacağı gözlənilir.
Binəqədi rayonu İcra Hakimiyyətindən xəbərə münasibət bildirmək istəməyiblər.

Qeyd edək ki, Xaləddin İsgəndərov 2012-ci ilin aprelindən Bakının Binəqədi rayonunda icra başçısı işləyirdi. O, sabiq vergilər naziri Fazil Məmmədovun yeznəsidir.

Gununsesi.info-nun əməkdaşının Xaləddin İsgəndərova davamlı telefon zəngləri açmasına baxmayaraq, onunla danışmaq mümkün olmayıb.