Fransada hava limanında bomba həyəcanı – 2 terminal boşaldıldı

  • Müəllif: admin
  • 18 May 2018 22:13


Fransanın Nitsa şəhərindəki hava limanına bomba qoyulması barədə polisə məlumat daxil olub.

Gununsesi.info İHA-ya istinadən xəbər verir ki, faktla əlaqədar dərhal 2 terminal boşaldılıb və axtarışlara start verilib.

Bundan başqa, limana eniş edən təyyarələrdəki sərnişinlərin təyyarələrdən enməsinə icazə verilməyib.

Hava limanının ən qısa zamanda yenidən açılacağı bildirilib.

 

Gununsesi.info