Türkiyədə hərbçilərin kütləvi zəhərlənməsi
Türkiyənin Amasya vilayətində hərbi hissələrin birində hərbçilərin kütləvi zəhərlənməsi halı baş verib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Haberturk nəşri yazır.
Məlumata əsasən, zəhərlənmə hadisəsi hərbi hissədə gəmiricilərlə mübarizəyə qarşı tədbirlərdən sonra qeydə alınıb.
Ümumilikdə 81 hərbi qulluqçunun xəstəxanaya yerləşdirildiyi qeyd olunur.