Misir prezidentinin inauqurasiya mərasimi keçiriləcək

  • Müəllif: admin
  • 02 İyun 2018 12:21

misir prezidentinin inauqurasiya merasimi kecirilecek

  Bu gün Qahirədə prezident seçkilərində qələbə qazanmış Əbdül Fəttah əs-Sisinin inauqurasiya mərasimi keçiriləcək.

Gununsesi.info -nun RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, andiçmə mərasimi Misir Nümayəndələr Palatasının binasında baş tutacaq.

Misirdə prezident seçkiləri martda keçirilib. əs-Sisi seçkilərdə 22 milyon səs (97 faiz) toplayıb. Seçkilərdə seçicilərin 41,05% faizi iştirak edib.

 Beləliklə, Əbdül Fəttah əs-Sisinin növbəti 4 ildə ölkəyə rəhbərlik edəcək.