İqtisadiyyat nazirliyində yeni təyinatlar

  • Müəllif: admin
  • 02 İyun 2018 15:36

Şahin Mustafayevin yeni müavinləri bəlli oldu

İqtisadiyyat nazirliyində yeni təyinatlar olub.

 Gununsesi.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Şirzad Abdullayev və Rüfət Məmmədov nazir Şahin Mustafayevə müavin təyin olunublar.

 Qeyd edək ki, bu təyinatadək R. Məmmədov Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondununun (AZPROMO) sədri, Ş. Abdullayev isə  Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru vəzifəsində çalışıb.