Növbəti ildən Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda məktəbəhazırlıq qruplarına qəbul elektron qaydada aparılacaq.
Gununsesi.info -nun Trend-ə istinadən məlumatına görə, bunu ADA Universiteti 3-cü Beynəlxalq Elmi Təhsil Konfransının açılış mərasimində çıxış edən təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, adıçəkilən ərazilərdə 2017-2018-ci tədris ili üzrə 1-ci sinfə qəbul elektron qaydada aparılır.
C.Bayramov bildirib ki, son illər ərzində ölkədə məktəbəhazırlığın əhatəlilik səviyyəsini artırmaq üçün kifayət qədər addımlar atılıb. Son 4 ildə ölkədə məktəbəhazırlığın əhatəlilik səviyyəsi 24 faizdən 65 faizə çatdırılıb.
C.Bayramov qeyd edib ki, müəllim peşəsinin nüfuzunun artırılması üçün aparılan işlərin ilkin effekti artıq görünür: “Son 3 ildə müəllim işləmək üçün müraciət edənlərin sayında 300 faizlik artım var”.
Nazir deyib ki, daha şəffaf idarəedicilərin seçilməsi, məktəb-icma münasibətlərinin yaxşılaşdırılması, 1-ci sinfə qəbulun elektron qaydada aparılması istiqamətində müvafiq addımlar atılıb.













