Kəsici alətlə ehtiyatsız davranan Ağdam sakininin əl barmaqları amputasiya olunub

  • Müəllif: admin
  • 09 İyun 2018 13:54

kesici aletle ehtiyatsiz davranan agdam sakininin el barmaqlari amputasiya olunub

Ağdamda 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Gununsesi.info APA-nın yerli bürosunun xəbərinə istinadən bildirir ki,  rayonun Baharlı qəsəbə sakini Abdullayev Rafiq İsmayıl oğlu “laqonda” adlandırılan kəsici alətlə işləyərkən sol əlinin üç barmağını yaralıyıb. Yaralı R.Abdullayev Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatırılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, xəsarət böyük olduğundan R.Abdullayevin barmaqları amputasıya edilib.

 Faktla bağlı araşdırma aparılır.