Azərbaycanda siqaret bahalaşacaq:  - vergi 4 manatdan 12 manata qaldırıldı

  • By admin
  • 12 İyun 2018 16:36

Картинки по запросу Azərbaycanda tütün

Azərbaycanda tütündən hazırlanan siqaretlərə tətbiq edilən vergi artırılıb.

Gununsesi.info- nun məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən dəyişikliyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat vergi tutulacaq.

 Hazırda isə bu məbləğ 4 manat təşkil edir.

Dəyişiklik deputatlar tərəfindən təsdiq edilib.