.jpg)
“Ulduz” Hazırlıq Mərkəzinin qəbul imtahanlarında II ixtisas qrupu üzrə ən yüksək bal toplayan abituriyentləri “UNEC-də bir gün” layihəsində iştirak ediblər.
Gununsesi.info Trend-ə istinadən bildirir ki, UNEC-dən verilən məlumata görə, II ixtisas qrupu üzrə 700 bal toplayan Jalə Rəcəbova da layihə çərçivəsində UNEC-in bir günlük tələbəsi olub.
Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor, dosent Anar Rzayev bir günlük tələbələrə UNEC-in beynəlxalq əlaqələri, tədris proqramları və ixtisaslarından söz açıb. Son iki ildə II ixtisas qrupu üzrə ən yüksək bal toplayan abituriyentlərin məhz UNEC-də təhsil aldığını diqqətə çatdıran A.Rzayev bir günlük tələbələri maraqlandıran sualları cavablandırıb.
UNEC-in rektorunun köməkçisi, gənc müəllim Ramil Cabbarov bir günlük tələbələr qarşısında universitet barədə geniş təqdimatla çıxış edib. UNEC-in ölkədə 4 dildə təhsil verən yeganə ali təhsil ocağı olduğunu bildirən R.Cabbarov bu universitetin həyata keçirdiyi yeniliklərdən bəhs edib.
Bir günlük tələbələr UNEC ərazisində infoturda olub, imtahanların gedişini izləyiblər. Görüşdə onları maraqlandıran sualları cavablandırılıb.
II ixtisas qrupu üzrə təhsil almaq istəyən abituriyentlər “UNEC-də bir gün” layihəsində iştirak etmək üçün 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)












