DİN: Axtarışda olan 36 nəfər saxlanılıb

  • Müəllif: admin
  • 26 İyun 2018 11:20

DİN: Axtarışda olan 36 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 104 cinayət faktından 22-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənGununsesi.info-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

 Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.