Qırğız Respublikasında 11 nəfər Sibir xorasına yoluxub

  • Müəllif: admin
  • 27 İyun 2018 10:12

Janı-Akman kəndinin sakinləri qara yara tutumuş heyvandan yoluxublarQırğız Respublikasında Sibir xorası (qara yara) xəstəliyi diaqnozu ilə 11 nəfər hospitala yerləşdirilib.

Gununsesi.info RİA “Novosti”yə istinadən xəbər verir ki, bu məlumatı Respublikanın Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Janı-Akman kəndinin sakinləri qara yara tutumuş heyvandan yoluxublar.

Xəstələtin səhhətinin qənaətbəxş olduğu və onların uyğun müalicə aldıqları bildirilib.