Almaniyanın hərbi gəmisində raket partladı - FOTO

  • By admin
  • 29 İyun 2018 15:16

Almaniya Hərbi-Dəniz Qüvvələrinin “Saxony” hərbi gəmisi Norveç sahillərinin yaxınlığında təhlükəli insident yaşayıb.

Gununsesi.info Daily Mail-ə istinadən bildirir ki, təlimlər zamanı gəmidən havaya ABŞ istehsalı olan SM-2 raketi buraxılıb. Raket buraxılan kimi alışıb, sonra partlayıb.

Partlayış nəticəsində iki dənizçi xəsarət alıb. Freqata isə ciddi ziyan dəyib. Almaniya HDQ-nin yaydığı açıqlamaya görə, insidentdən əvvəl yoxlanmış raketin texniki vəziyyəti az qala ideal imiş.

Gəmidəki spinkler sistemi dərhal işə düşüb və yanğın söndürülüb. Freqat Almaniyanın Vilgelmshafen limanına qayıdıb.