Bakıda cərimə meydançası yandı - 50 maşın kül oldu -Fotolar +VİDEO

  • By admin
  • 29 İyun 2018 15:30

Bakıda cərimə meydançasında maşınlar yandı

 Bakıda yanğın başlayıb.

Gununsesi.info-nun “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hazırda paytaxtın Nizami rayonunda yerləşən 11 saylı cərimə meydançası yanır.

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının söndürülməsi üçün işlər aparılır.

***

Yanğın hələ də davam edir. Yanan maşınlar arasında “BMW”, “Niva” və Vaz 2106-07 də var. Maşınların çoxu istifadəyə yararsızdır.

***

Hazırda Nizami rayon icra başçısı Arif Qasımov da hadisə yerinə gəlib. İlkin məlumata görə, yanğın nəticəsində 50-yə yaxın avtomobil yanıb. Onların bir çoxu tamamilə, bəzilərinin isə bir qismi yanıb.

Yanğına ilkin səbəb kimi, zibil vedrələrinin yanması göstərilir.

https://www.youtube.com/watch?time_continue=1&v=U58SHsNrk0A