Taliblər Əfqanıstan-Tacikistan sərhədində yerləşən çay limanını ələ keçirib

  • Müəllif: admin
  • 30 İyun 2018 14:48

2018/05/2443_1527686262.jpg
 

“Taliban” hərəkatının yaraqlıları Əfqanıstan-Tacikistan sərhədində yerləşən Ayxanım çay limanını ələ keçiriblər.

Gununsesi.info-nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Əfqanıstanın Taxar vilayətində yerləşən Ayxanım bu gecə taliblərin əlinə keçib.

Qarşıdurma nəticəsində iki sərhədçi öldürülüb, daha iki nəfər isə yaralanıb. Eyni zamanda 5 hərbçi əsir düşüb, ABŞ-ın “Humvee” və iki “Ranger” polis maşını məhv edilib.