
Kişinyovda Moldovanın Rusiyadakı sabiq səfiri Anatoli Tseranunun oğlu 30 yaşlı Teodor Tseranu qətlə yetirilib.
APA-nın verdiyi xəbərə görə, Teodor və digər şəxs arasında baş vermiş insident atışma ilə nəticələnib. Həkimlər Teodor Tseranunun bədənində 3 güllə yarası aşkarlanıb. Hadisə yerində 32 yaşlı kişi saxlanılıb.
Saxlanılan şəxsin evindəki dəmir seyfdə çoxlu sayda silah-sursat aşkarlanıb.
Gununsesi.info












