
Sumqayıtda yaşayış binasında yanğın qeydə alınıb.
FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, şəhərin beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 4-cü mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik sayğacı və 8 p.m elektrik kabeli yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini xilas edilib.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info












