Şəmkirdə 4 nəfər göldə boğularaq ölüb

  • Müəllif: admin
  • 01 İyul 2018 21:30


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunda süni göldə 4 nəfərin (şəxsiyyətləri məlum deyil) batmaları barədə məlumat daxil olub. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

APA-nın qərb bürosunun xəbərinə görə, göldə batan şəxslərdən ikisi qadın, ikisi isə kişidir. Meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Onların kimliyi müəyyənləşdirilir.

 

Gununsesi.info