
Böyük Britaniya ordusuna məxsus qırıcılar Suriyada Bəşər Əsəd rejiminə aid qüvvələrin mövqelərinə aviazərbələr endirib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Sandeys Tayms” məlumat yayıb.
Əməliyyatın Ət-Tanf bölgəsində keçirildiyi bildirilib.
Belə ki, “Taypon” təyyarələri lazer şüası ilə 227 kq-lıq bombanı rejim mövqelərinə atıb.
Nəticədə bir zabit ölüb, daha 7 hərbçi isə yaralanıb.
Qeyd edək ki, Ət-Tanf bölgəsində ABŞ və İngiltərə məxsus hərbi bazalar yerləşir.
Gununsesi.info












