Bakıda ferma yandı

  • Müəllif: admin
  • 01 İyul 2018 22:04


Bakıda yanğın olub.

Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 1000 m2 olan fermada baş verib.

Nəticədə fermanın dam örtüyünün taxta atmaları 160 m2 sahədə, damına yığılmış 1 ton ot bağlaması və fermanın ərazisində 100 m2 sahədə quru ot yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info