Ərdoğanın inauqurasiya mərasiminin VAXTI açıqlandı

  • Müəllif: admin
  • 02 İyul 2018 10:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimi iyulun 9-da keçiriləcək.

Gununsesi.info bildirir ki, 1 gün öncə isə Türkiyə Parlamenti deputatlarının andiçmə mərasimi keçiriləcək.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə parlament və prezident seçkiləri keçirilib.

 Seçicilərin 87 faizi səsvermədə iştirak edib.

R.T.Ərdoğan prezident seçkilərində seçicilərin səslərinin 52,82 faizini toplayaraq yenidən Türkiyə Prezidenti seçilib.