Rusiya və İsrail Suriya məsələsini müzakirə edib

  • Müəllif: admin
  • 02 İyul 2018 10:56

Rusiya və İsrail Suriya məsələsini müzakirə edib

İsrailin müdafiə naziri Aviqdor Lieberman rusiyalı həmkarı Sergey Şoyqu ilə Suriyadakı münaqişələri müzakirə ediblər.
Nazirlərin telefon görüşündən sonra açıqlama verən İsrail Müdafiə Nazirliyi “Liberman və Şoyqu Suriyadakı vəziyyəti, xüsusilə də ölkənin cənubundakı hadisələri və İranın Suriya torpaqlarında qalmaq istəyi haqqında danışıblar” deyib.
Bəyanatda bildirilir ki, Liberman İranın və müttəfiqi Hizbullah hərəkatının Suriyadakı hərbi varlığının düzgün olmadığına yenidən diqqət çəkib. Həmçinin İranın Suriyadakı varlığını möhkəmləndirəcəyi təqdirdə İsrailin gözlənilməz hücumuna məruz qalacağını da bildirib.
Liberman və Şoyqu bir ay əvvəl Moskvadakı görüş zamanı Suriya-İsrail-İordaniya sərhədindəki inkişaflardan danışmışdı.