Acarıstan muxtar respublikasının hökuməti istefaya gedir

  • Müəllif: admin
  • 04 İyul 2018 15:08

Acarıstan muxtar respublikasının hökuməti istefaya gedir

Gürcüstan mətbuatında Acarıstan muxtar respublikasının hökumət başçısı Zurab Pataradzenin tutduğu vəzifədən imtina edildiyi xəbəri yayılıb.

Gununsesi.info bildirir ki, regional hökumətin mətbuat xidmətindən verilən məlumata əsasən, Pataradze bu gün xüsusi bəyanat verəcək. Əgər hökumət başçısı istefa versə, nazirlər kabineti də buraxılacaq.

Yeni namizədin adı 10 gün ərzində prezidentə tədqim edilməlidir.