Gürcüstanda İran vətəndaşına qarşı dələduzluq edən erməni qadın saxlanılıb

  • Müəllif: admin
  • 07 İyul 2018 14:11

Картинки по запросу Axaltsixe rayonu

Gürcüstanın ermənilərin sıx yaşadığı Axaltsixe rayonunda İran vətəndaşına qarşı dələduzluq edən qadın saxlanılıb.

Gununsesi.info Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, 1992-ci il təvəllüdlü qadın özünü Baş prokurorluğun əməkdaşı kimi təqdim edərək İran vətəndaşından cinayət əməlinə görə cərimə olaraq 500 lari (204 dollar) məbləğində pul alıb.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.