Erməni baş katib dindirilməyə çağırıldı

  • Müəllif: admin
  • 10 İyul 2018 13:44

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, general-polkovnik Yuri Xaçaturov 2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı aparılan istintaq çərçivəsində dindirilməyə çağırılıb.

Gununsesi.info xəbər verir ki, bununla bağlı TASS agentliyinə Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətindən bildiriblər.

“Yuri Xaçaturov dindirilməyə çağırılıb. O bildirib ki, gərgin iş qrafiki ilə əlaqədar dindirilməyə yalnız iyulun axrı gedə bilər”, – məlumatda deyilir.

Yuri Xaçaturov 2008-ci il martın 1-də Ermənistan Silahlı Qüvvələrinin Yerevan qarnizonuna rəhbərlik edib. O, 2017-ci ildən KTMT-nin baş katibidir.