Prezident Brüsseldə Donald Tusk ilə görüşüb  - Fotolar

  • Müəllif: admin
  • 11 İyul 2018 14:09

Prezident Brüsseldə Donald Tusk ilə görüşüb

Prezident İlham Əliyev iyulun 11-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, dövlət başçısı NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə NATO-nun Zirvə toplantısında iştirak etmək üçün iyulun 10-da Belçika Krallığının paytaxtı Brüssel şəhərinə səfər edib.